İranın Azərbaycandakı səfiri Möhsin Pakayin Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Səfirlikdən Trend-ə daxil olan təbrik məktubunda bildirilir ki, Novruz bayramı region xalqlarının bir-birinə yaxınlaşması üçün əlverişli bir bayramdır. İslam dini də bu bayramın keçirilməsinə müsbət baxır.
“Bu irsin qorunub saxlanılması Novruz bayramını qeyd edən ölkələr arasında əlaqələrin inkişafına və regionda sülh,sabitlik və dostluğun güclənməsinə səbəb olacaq”,-təbrik məktubunda bildirilir.
İran dövləti və xalqının səmimi təbriklərini Azərbaycan xalqına çatdırmaqdan şərəf duyan səfir dövlətimizə və xalqımıza baş ucalığı və uğur arzulayıb.