Rəsmi Bakı Azərbaycan-Yunanıstan arasındakı münasibətlərin inkişafından məmnundur

Avqustun 27-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri Dimitrios Tsounqası qəbul edib. Bu barədə Trend-ə Azərbaycan XİN-dən daxil olan məlumatda deyilir.

E.Məmmədyarov Dimitrios Tsounqası ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və Azərbaycan-Yunanıstan arasındakı münasibətlərin inkişafından məmnunluğunu bildirib. Nazir yeni səfirin fəaliyyətinin iki ölkə arasındakı əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb və Dimitrios Tsounqasa gələcək fəaliyyətində uğurlar arzulayıb.

Etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edən yunanıstanlı səfir, həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdiyini və diplomatik fəaliyyəti dövründə bu əməkdaşlığın daha da genişləndirilməsi üçün səylər göstərəcəyini vurğulayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO