Azərbaycan Nazirlər Kabineti “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edib. Bu barədə cümə günü Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.
Qərara əsasən, Ağdam, Sabirabad, Zaqatala, İsmayıllı, Qəbələ, Göygöl, Zərdab, Saatlı, Hacıqabul Uşaq və Ailələrə Dəstək mərkəzləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.