Qüdrət Həsənquliyev: Özəlləşdirmə prosesi çox sürətlə həyata keçirilməlidir

Qüdrət Həsənquliyev: Özəlləşdirmə prosesi çox sürətlə həyata keçirilməlidirTürkiyə ilə, o cümlədən Avropa ölkələri ilə viza rejimi aradan qaldırılmalıdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bu gün keçirilən növbədənkənar iclasda çıxışı zamanı deyib.

Q.Həsənquliyev bildirib: “Qoy o ölkələrin vətəndaşları gəlib burada valyuta xərcləsinlər və turizmin inkişafına təkan versinlər”.

Q.Həsənquliyev bildirib ki, özəlləşdirmə prosesi çox sürətlə həyata keçirilməlidir. Onun sözlərinə görə, burada ləngiməyə yol vermək olmaz: “Dövlət ali təhsil müəssisələri, tibb müəsissələri və digər müəssisələr özəlləşdirilməlidir ki, dövlətin yükü azalsın. “Azərışiq”, “Azəriqaz”, AZAL kimi dövlət müəssisələrinin hamısının özəlləşdirilməsinin vaxtı çoxdan çatıb”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO