Qoran Lenmarker: “Siyasi iradə olarsa, bu il Dağlıq Qarabağ münaqişəsinin həlli mümkündür”

“Bu il Dağlıq Qarabağ münaqişəsinin həlli mümkündür. Çünki bu, həm Azərbaycana, həm də Ermənistana lazımdır”.
APA-nın məlumatına görə, bunu Azərbaycana səfərə gələn ATƏT Parlament Assambleyası prezidentinin Qafqaz və Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker hava limanında jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, siyasi iradə olarsa, bu il ərzində problemi həll etmək mümkün ola bilər: “Bu, sizin ölkəniz üçün çox lazımdır. Xeyli sayda qaçqın və məcburi köçkün var ki, onlar geri dönmək istəyirlər. Onlar on illərlə gözləyə bilməzlər. Ona görə də problemin həlli çox vacibdir”. Q. Lenmarkerin fikrincə, münaqişənin nizamlanması üçün iki prinsip – ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyin etməsi arasında balans tapılmalıdır: “Mən düşünürəm ki, Azərbaycan və Ermənistan prezidentləri problemin həllini tapa biləcəklər”.

Qeyd edək ki, Q. Lenmarker Bakıda Azərbaycan prezidenti, xarici işlər naziri və Milli Məclisin sədri ilə görüşlər keçirəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO