QHT-lərə Dövlət Dəstəyi Şurası elektron hesabat proqramını təqdim edib

QHT-lərə Dövlət Dəstəyi Şurası elektron hesabat proqramını təqdim edib
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən elektron hesabat proqramının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov tədbirdə elektron hesabat proqramı barədə məlumat verib. O bildirib ki, Şuranın bütün xidmətlərinin elektron qaydada həyata keçirilməsi üçün zəruri addımlar atılıb. Bir neçə ildir ki, QHT-lər Şuraya maliyyə hesabatlarını elektron qaydada təqdim edirlər. Bununla yanaşı, QHT-lərdən layihə təkliflərinin qəbulu, ekspertizası da elektron qaydada aparılır. Bu ayın sonunda isə təsviri hesabatın elektron qaydada qəbulu tətbiq olunacaq.

Sonra elektron hesabat proqramı təqdim edilib.

Təqdimatdan sonra Şuranın üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov elektron xidmətlərin həyata keçirilməsi prosesindən danışıb. “Çox güman ki, yaxın gələcəkdə elektron xidmətdən istifadə etməyən digər dövlət qurumları, aidiyyəti təşkilatlar da elektron xidmətə keçəcəklər”, – deyə deputat bildirib.

Tədbir müzakirələrlə davam edib.

AZƏRTAC

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO