Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına yeni səlahiyyət verilir

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına yeni səlahiyyət verilirAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına yeni səlahiyyət verilir.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nda dəyişiklik edilir.

İndiyədək mədəniyyət sahəsində QHT-nin fəaliyyətinin dəstəklənməsi məqsədi ilə hər il yanvarın 31-dək Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tədbirlər müəyyən edilirdi.

Yeni qərara uyğun olaraq isə bu tədbirlər “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”na uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırıldıqdan sonra müəyyən ediləcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO