İran və “altılıq” ölkələri arasında İslam Respublikasının nüvə proqramı ilə bağlı danışıqlar şənbə günü Qazaxıstanda davam edir. Trend-in məlumatına görə, bu barədə şənbə günü “İSNA” agentliyi xəbər yayıb.
Ötən gün “BBC” agentliyi Qərb diplomatlarına istinadən xəbər yayıb ki, İran tərəfi nüvə proqramı ilə bağlı edilən təklifə “dəqiq və konkret” cavan vermək iqtidarında deyil.
Rəsmi Tehranın Qazaxıstanda aparıcı ölkələrə danışıqlar zamanı “konkret planlar” təklif etməsi barədə yaydığı məlumatı şərh edən diplomatlar qeyd ediblər ki, bu təkliflər Moskva görüşü zaman “altılıq” ölkələri tərəfindən qəbul edilməyən təkliflərin yenidən işlənmiş forması olub.
İranın nümayəndə heyətinin rəhbəri Səid Cəlili danışıqlardan əvvəl öz proqramını fəal şəkildə müdafiə edərək dünya birliyini Tehranın uranı zənginləşdirmək haqqını tanımağa çağırıb.