Qazaxıstanda investorlar 10 illik vergidən azad oldular

İnvestorları 10 illlik korporativ gəlir vergisinin ödənişindən azad edəcəklər. Bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev Asiya inkişaf bankının 47-ci illik iclasının açılışında bildirib.

“Biz investorlar üçün maksimal əlverişli iqlim yaratmaq niyyətindəyik. Bu məqsədlə bu il biz “İnvestisiya qanunvericiliyinin təkmilləşdirilməsi haqqında” yeni qanunu qəbul edəcəyik. Biz 10 ildə korporativ gəlir vergisinin ödənişindən investorları azad etməyi, investisiya maddi yardımlarını daxil etməyi, sabit qanunvericiliyi və tariflərin proqnozlaşdırılmasını təmin etməyi, xarici iş qüvvəsinin idxalını sadələşdirməyi planlaşdırırıq”, – Nazarbayev qeyd edib.

Onun sözlərinə görə, investorlarla iş bir pəncərə prinsipi üzrə həyata keçiriləcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO