Paşayev Qəzənfər Malik oğlu 1992-ci il 16 noyabr tarixində Bakı şəhərində anadan olmuşdur. 1999-2004-cü illərdə Sabunçu rayonu 271 saylı orta məktəbdə təhsil almış, 2004-2010-cu illərddə isə 104 saylı orta məktəbdə təhsilini davam etdirmiş və bu məktəbdən məzun olmuşdur. Məktəbi bitirdiyi ildə Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olmuşdur. 2014-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirmişdir. 2014-cü il oktyabr ayından etibarən İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunda “Qaynar Xətt” xidmətində hüquqşunas vəzifəsində çalışır.