Putin: Regionlararası əlaqələr Rusiya-Azərbaycan münasibətlərinin inkişafının əsas istiqamətlərindəndir

Regionlararası əlaqələr Rusiya və Azərbaycanın ənənəvi dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafının əsas istiqamətlərindəndir və yeni layihə və təşəbbüslərə təkan verir. Trend-in məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putinin bazar ertəsi Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına ünvanladığı müraciətdə deyilir. Müraciəti Rusiya Prezidenti Administrasiyasının regionlararası və xarici ölkələrlə mədəni əlaqələr üzrə rəisi Vladimir Çernov oxuyub.

V.Putin bildirib: “Bu il 5 yaşı tamam olan geniştərkibli forumunuz nüfuzunu durmadan artırır və bu illər ərzində iki ölkə regionlarının qarşılıqlı fəaliyyətinin bütün spektri üzrə konstruktiv dialoq üçün tələb edilən məkan olaraq qalır, nəqliyyat, energetika və bank sahələrində, investiyalar və kənd təsərrüfatı, turizm və təhsil sektorlarında əməkdaşlığımızın əhəmiyyətli potensialını üzə çıxarmaq baxımından əla imkan təqdim edir”.

Rusiya Prezidenti əminliyini bildirib ki, forum iştirakçılarını böyük, məhsuldar iş, maraqlı və qarşılıqlı faydalı müzakirələr gözləyir. Putin həmçinin onlara uğurlar diləyib və ən xoş arzularını çatdırıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO