Türk Hava Qurumu Universitetinin Senatı Azərbaycan Prezidenti İlham Əliyevə universitetin fəxri doktoru adının verilməsi haqqında qərar qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Universitetin məlumatında bildirilir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət türk dövlətlərinin birliyinin möhkəmlənməsinə xidmət edir, türkdilli xalqlar arasında əlaqələrin inkişafına dəyərli töhfələr verir.
Türk Hava Qurumu Universitetinin fəxri doktoru diplomu martın 19-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasına təqdim edilib.
Türk Hava Qurumu Universiteti aviasiya və kosmos sahəsində peşəkar texniki kadrların hazırlanması üzrə ixtisaslaşıb. Universitet 2011-ci ildə yaradılıb. Dünyanın ən yaxşı pilotlarını, aviasiya mühəndislərini yetişdirən Türk Hava Qurumu Universiteti Türkiyənin aviasiya və kosmos elmləri sahəsində ilk və yeganə ali təhsil müəssisəsidir.