Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak etmişdir.
Salona toplaşanlar dövlətimizin başçısını hərarətlə qarşıladılar. Azərbaycanın dövlət himni səsləndi. Prezident İlham Əliyev rəsmi qəbulda nitq söylədi.
Rəsmi qəbul incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam etdi.