Prezident İlham Əliyev BMT baş katibinin xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də BMT baş katibinin xüsusi nümayəndəsi Yan Kubişin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanın BMT strukturlarında son illərdəki fəaliyyəti məmnunluqla qeyd olundu, ölkəmizin BMT çərçivəsində Əfqanıstanla əməkdaşlığının səviyyəsinin razılıq doğurduğu və bu əməkdaşlığın gələcək illərdə daha da genişlənəcəyinə əminlik ifadə olundu. Söhbət zamanı beynəlxalq sülhməramlı qüvvələrin Əfqanıstandan çıxarılmasından sonra Azərbaycanın bu ölkədə sabitliyin və dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişafa nail olunması istiqamətində əhəmiyyətli rol oynayacağı vurğulandı.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO