Prezident İlham Əliyev Yardımlı və Masallı rayonlarında bir sıra obyektlərin açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 4-də cənub bölgəsinə səfəri çərçivəsində Yardımlı rayonunda olub. APA-nın məlumatına görə, dövlət başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Sonra prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

Dövlət başçısı həmçinin Yardımlı şəhərinə çəkilmiş yeni içməli su xəttinin açılışı münasibətilə Gənclər Parkında təşkil olunan mərasimdə, Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının yeni inzibati binasının və yenidən qurulan Yardımlı-Deman-Arvana avtomobil yolunun 20 kilometrlik hissəsinin açılışında iştirak edib. Prezident İlham Əliyev Yardımlıya səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə də görüşüb.

Yardımlıya səfərini başa çatdırdıqdan sonra prezident İlham Əliyev Masallı rayonuna gedib. Dövlət başçısı öncə Heydər Əliyev Parkında ulu öndərin abidəsi önünə gül dəstəsi qoyub.

Sonra prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin, Masallı Mədəniyyət Mərkəzinin və Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının yeni inşa olunan inzibati binasının açılışı mərasimlərində iştirak edib. Dövlət başçısı səfər zamanı Masallı ictimaiyyətinin nümayəndələri ilə də görüşüb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO