Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Valdis Zatlersi qəbul edib

Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Valdis Zatlersi qəbul edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Latviya Respublikasının sabiq Prezidenti Valdis Zatlersi qəbul edib.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı Forumunun yaxşı ənənəyə çevrildiyi və tədbirə olan marağın ildən-ilə artdığı vurğulanıb.

Forumda müzakirə edilən məsələlərin əhatə dairəsinin getdikcə daha da genişləndiyi və aktuallığı ilə diqqəti cəlb etdiyi bildirilib.

Tədbirin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yaxşı imkan yaratdığı qeyd edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO