Prezident İlham Əliyev Beynəlxalq Xəzər Neft və Qaz-2014 sərgisinin açılışında iştirak edir

Bakı Sərgi Mərkəzində Xəzəryanı regionun energetika sektorunun ən böyük tədbiri sayılan XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz- 2014 (Caspian Oil&Gas) sərgi və konfransı öz işinə başlayıb.

Trend-in məlumatına görə, Prezident İlham Əliyev sərginin açılış mərasimində iştirak edir.

Bu il sərgidə dünyanın 29 ölkəsindən 400-dən artıq şirkət iştirak edir. Sərgi neft və qazın hasilatı və emalı, eləcə də nəqletmə və logistika da daxil olmaqla, servis xidmətləri sahəsində qabaqcıl texnologiyaları nümayiş etdirmək üçün neft sənayesinin aparıcı mütəxəssislərini və liderlərini bir araya gətirir. Sərgi sahəsinin 70 faizindən çoxu dünyanın məşhur şirkətləri tərəfindən tutulub. Onların arasında “Əsrin müqaviləsi”ndə yer alan şirkətlərlə yanaşı, sərgi və konfransın daimi iştirakçıları da var.

Ümumilikdə isə iştirakçıların 21 faizini təşkil edən və əvvəllər heç vaxt Azərbaycan bazarına çıxmayan yeni şirkətlərin də sərgidə iştirakı ona marağın artdığını bir daha təsdiqləyir.

İşgüzar proqramın mühüm tərkib hissələrindən biri də Beynəlxalq Xəzər Neft və Qaz-2014 konfransıdır. Konfrans iyunun 4-5-də təşkil olunacaqdır. Hər il keçirilən bu konfransda dünyanın 30-dan çox ölkəsindən 500-dək nümayəndə iştirak edəcəkdir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO