Poroşenkodan Rusiya rəhbərliyinə xəbərdarlıq: “Krım bizimdir, heç kəsə güzəşt ola bilməz “

Ukrayna Prezidenti Pyotr Poroşenko yerli müdafiə-sənaye kompleksi müəssisələrini dövlət sifarişləri ilə yükləməyi vəd edir. Trend-in şənbə günü RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu P. Poroşenko andiçmə mərasimində deyib.

Onun sözlərinə görə, yerli müdafiə-sənaye kompleksi müəssisələrinin dövlət sifarişləri ilə yüklənməsi iqtisadiyyatın sənayeləşməsinə təkan verəcək: “Kim öz silahlı qüvvələrini “yedirməyə” görə vəsaitlərinə heyfi gəlirsə, o,”yad ordunu” yedirir”.

Ukrayna Prezidenti Pyotr Poroşenko andiçmə mərasimində bəyan edib ki, Krım Ukraynanın tərkib hissəsidir və bu məsələ ilə bağlı güzəştlər ola bilməz.

P. Poroşenko bu barədə Rusiya rəhbərliyinə bəyan edib: “Krım bizimdir, bu məsələ ilə bağlı heç kəsə güzəşt ola bilməz”.

O deyib ki, Ukrayna unitar dövlətdir və bu, belə də olacaq, heç bir federallaşma olmayacaq.

Prezident bildirib: “Biz Donbassda erkən seçkilər keçirməyə hazırıq, lakin Ukraynanın ərazi bütövlüyü məsələsi müzakirə mövzusu deyil”.

O, yaxın vaxtlarda Ukraynanın şərqinə gəlməyə hazırlaşır və toqquşmalarda ağır cinayət törətməyən iştirakçılara amnistiya vədi verir.

Qeyd edək ki, bu gün P. Poroşenko Ukrayna prezidentliyinə and içib

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO