Polşalı parlamentarilər Xocalı faciəsi ilə bağlı tədbirə qatılacaqlar

Polşalı parlamentarilər Xocalı faciəsi ilə bağlı tədbirə qatılacaqlarPolşalı parlamentarilər Xocalı faciəsi ilə bağlı tədbirə qatılacaqlar. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Beynəlxalq əlaqələr departamentinin eksperti Toğrul Məmmədli deyib.

Ekspertin sözlərinə görə, Xocalı faciəsinin 24-cü ildönümü ərəfəsində Azərbaycanın Polşadakı səfirliyi, Polşa-Azərbaycan Assosiasiyası və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə keçiriləcək anım tədbirinə Polşanın hakim Qanun və Ədalət Partiyasının deputatlarından ibarət nümayəndə heyəti videokonfrans vasitəsilə qatılacaqlar.

Bildirilib ki, məlumatlandırıcı tədbirlərin sayının artırılması Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılmasına yardım edə bilər.

Xatırladırıq ki, Xocalı soyqırımının tanıdılması istiqamətində beynəlxalq tədbirlər 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya Ədalət” (Justice for Khojaly) beynəlxalq kampaniyası çərçivəsində keçirilir. Bu günə qədər 10-dək ölkə, ABŞ-ın bir neçə ştatı və müxtəlif beynəlxalq təşkilatlar Xocalı faciəsini rəsmi olaraq tanıyıblar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO