Polad Bülbüloğlu: Azərbaycan və Rusiyanı strateji dostluq əlaqələri birləşdirir

Azərbaycan və Rusiyanı strateji dostluq əlaqələri birləşdirir. Trend-in məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Əməkdaşlıq Forumunda deyib.

Onun sözlərinə görə, iki ölkə arasında dostluq əlaqələri strateji xarakter daşıyır və ilbəil genişlənir.

Səfir dünyanın siyasi və mədəni mərkəzlərindən biri kimi Rusiyanın rolunu vurğulayıb.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin isə deyib ki, iki ölkə arasında münasibətlərin əsasını qarşılıqlı anlaşma təşkil edir: “Azərbaycan-Rusiya əməkdaşlığı regionlararası əlaqələrlə zənginləşməlidir”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO