PKK yaraqlıların daha bir hissəsi, Türkiyənin Qara dəniz sahillərindəki Ərzurum regionunda yerləşən kiçik qruplaşmalar ölkə ərazisini tərk edir. Trend-in məlumatına görə, bu barədə cümə günü “Haber7” telekanalı xəbər yayıb.
Telekanalın verdiyi məlumata görə, yaraqlıların bu hissəsi Türkiyə-İraq sərhədində olan digər qruplaşmalara qoşulacaq və xüsusi olaraq ayrılan dəhliz vasitəsilə İraqın şimal ərazisinə keçəcək.