“Pasientlərin hüquqları haqqında ” qanun layihəsi ictimai müzakirəyə çıxarılacaq

Bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. “Bu qanunun qəbul edilməsində tələsmək olmaz. Başlıca məsələ onun mahiyyətinin ictimaiyyətə çatdırılması və təkliflərin nəzərə alınmasıdır”, – Rəcəbli bildirib. Onun sözlərinə görə, “Pasientlərin hüquqları haqqında” qanun həkimlər və pasientlər arasında münasibətləri tənzimləyəcək. “Pasient özəl tibb müəssisələrində müalicəyə görə müəyyən məbləğ ödəyir, lakin mənfi nəticələr yarandıqda onun hüquqları təmin olunmur”, – komitə sədri qeyd edib.

“Pasientlərin hüquqları haqqında” qanunda həkimlərin səhvlərinə görə inzibati və məhkəmə məsuliyyəti öz əksini tapacaq.

Qanunda pasientlərin informasiya əldə etmək hüququ da nəzərdə tutulacaq, xəstələrin razılığı olmadan hansısa müalicə üsullarından istifadə qadağan ediləcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO