Parlament İnsan Alverinə Qarşı Mübarizə üzrə hesabatı qəbul etdi

Parlament İnsan Alverinə Qarşı Mübarizə üzrə hesabatı qəbul etdiMilli Məclisin bu gün keçirilən iclasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik məruzəsi dinlənilib.

APA-nın məlumatına görə, daxili işlər nazirinin müavini, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator Vilayət Eyvazov çıxış edərək Azərbaycanda bu ilin ötən dövründə insan alveri ilə bağlı 342 cinayət faktının aşkarlandığını deyib. Onun sözlərinə görə, bu, 2007-ci illə müqayisədə 119 fakt çoxdur: “Onlardan 68-i Cinayət Məcəlləsinin insan alveri maddəsi üzrə olub. Törətdikləri hüquqazidd əməllərə görə 315 şəxs cinayət məsuliyyətinə cəlb edilib”. V. Eyvazov deyib ki, insan alverinin qurbanı olan 72 nəfər müəyyən edilib, axtarışda olan 79 nəfərin 52 faizinin (41 nəfərin), o cümlədən İnterpol xətti ilə 6 şəxsin tutulması təmin edilib, 38 cinayətkar qrup zərərsizləşdirilib.
Koordinator latent xarakter daşıyan bu növ cinayətlərin qarşısının alınması və aşkarlanması üzrə 2007-ci ildə həyata keçirilən tədbirlərin əvvəlki dövrlərlə müqayisədə daha fəal olmaqla məqsədyönlü xarakter daşıdığı, müvafiq iş göstəricilərinin dinamikasının yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edib: “Belə ki, respublika qanunvericiliyində insan alverini özü-özlüyündə cinayət kimi tanıyan və cəza təhdidi altında qadağan edən normanın təsbit edildiyi 2005-ci ilin sentyabr ayından sonrakı dövrdə – yəni 2006-cı ildə 27 fakt, 86 qurban, 2007-ci ildə 74 fakt, 101 qurban aşkar edilmişdisə, təkcə bu ilin 10 ayında 68 cinayət faktı və 72 qurban müəyyən olunub. Göstərilən artım ildən-ilə fəaliyyətin effektivliyinin və qeyri-aşkar şəraitdə törədilən müvafiq əməllərin aşkarlanması üzrə işin yaxşılaşmasından, əməkdaşların professionallığının yüksəlməsindən, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqələrin məqsədyönlü və düzgün qurulmasından irəli gəlir”.
Müzakirələrdən sonra hesabat qəbul olunub. İclasda, həmçinin “Xüsusi iqtisadi zonalar haqqında” qanun layihəsi də qəbul edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO