“Odundağ ” yüksəkliyi Ordumuzun nəzarətindədir, erməni əraziləri asanlıqla müşahidə edilir

"Odundağ" yüksəkliyi Ordumuzun nəzarətindədir, erməni əraziləri asanlıqla müşahidə edilirMüdafiə Nazirliyi Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən “Odundağ” yüksəkliyinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi və ətraf erməni ərazilərinin asanlıqla müşahidə edilməsi barədə yayılan məlumatları təsdiq edib.

Nazirliyin mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq deyiblər: “Faktı təsdiq edərək bildiririk ki, həqiqətən həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO