Novruz Məmmədov: Türkiyə seçimini etdi

Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Türkiyədə keçirilmiş bələdiyyə seçkilərini möhtəşəm adlandırıb.

Trend-in məlumatına görə, Novruz Məmmədov “Twitter” səhifəsində Türkiyədəki bələdiyyə seçkiləri ilə bağlı bildirib: “Ötən gecə Türkiyədəki seçkilərlə bağlı prosesləri izləmişəm. Möhtəşəm seçkilər… Türkiyə seçimini etdi”.

Qeyd edək ki, martın 30-da Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Yerli bələdiyyə orqanları seçkilərində 26 siyasi partiya iştirak edib.

Son məlumatlara görə, Türkiyədə 78 vilayətin bələdiyyə sədrləri müəyyənləşib. 49 vilayətdə hakim Ədalət və İnkişaf Partiyasının (AKP), 12 vilayətdə Cümhuriyyət Xalq Partiyasının (CHP), 9 vilayətdə Sülh və Demokratiya Partiyasının (BDP), 7 vilayətdə isə Milliyyətçi Hərəkat Partiyasının (MHP) namzidələri qalib gəlib. Müstəqil namizədin qələbə qazandığı yeganə vilayət Mardin olub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO