Novruz Məmmədov: Terror aktlarının beynəlxalq aləmdəki gərginliklə bağlılığını sübut etməyə ehtiyac yoxdur

Novruz Məmmədov: Terror aktlarının beynəlxalq aləmdəki gərginliklə bağlılığını sübut etməyə ehtiyac yoxdurTerror aktlarının beynəlxalq aləmdəki gərginliklə bağlılığını sübut etməyə ehtiyac yoxdur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter səhifəsində yazıb.

PA rəsmisi qeyd edib ki, düşünürəm ki, dövlətlərarası gərginlik azalarsa terror aktlarının azalması da müşahidə olunar: “Ankarada terror hadisəsi nəticəsində həyatını itirən insanlara Allah rəhmət eləsin, yaxınlarına səbir, dözüm versin”.

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada dünən güclü partlayış baş verib. Partlayış Türkiyə Böyük Millət Məclisindən 500 metr məsafədə, Türkiyənin Baş Qərargahı, hərbçilər üçün yataqxana və parlament binasının yaxınlığında baş verib. Partlayışın səbəbi minalanmış avtomobil olub. Türkiyə Baş Qərargahı partlayışı terror aktı adlandırıb. Ölkənin baş nazir müavini Numan Kurtulmuş Ankarada baş verən partlayış nəticəsində 28 nəfərin öldüyü, 61 nəfərin yaralandığı barədə açıqlama verib. Terror aktının əsas qurbanları hərbçilər olub, hadisə yerində olan Ankara sakinləri xəsarət alıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO