Novruz Məmmədov: Azərbaycan Prezidentinin Vaşinqtona səfəri böyük əhəmiyyət kəsb edir

Novruz Məmmədov: Azərbaycan Prezidentinin Vaşinqtona səfəri böyük əhəmiyyət kəsb edirAzərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri böyük əhəmiyyət kəsb edir. Trend-in məlumatına görə, bunu ANS-ə eksklüziv açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N. Məmmədovun sözlərinə görə, Vaşinqtonda nüvə təhlükəsizliyi üzrə sammitdə dövlət başçısı Azərbaycanın nüvə təhlükəsizliyi sahəsində gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı çıxış edəcək: “Bu sammitin ikinci tərəfdən əhəmiyyəti ondan ibarətdir ki, orada müxtəlif görüşlər, danışıqlar olur. Həmin danışıqlar nəticəsində də, ikitərəfli münasibətlərin inkişafı ilə bağlı irəliyə addımlar atılır”.

N. Məmmədov bildirib ki, bütün bu məsələləri nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfərinin böyük əhəmiyyəti var.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO