Niyazi Səfərov: Azərbaycanda sahibkarlığın inkişafı üzrə təkliflər hazırlanıb

Azərbaycan Prezidentinin 3 mart 2014-cü il tarixli “Sahibkarlığın inkişafı üzrə əlavə tədbirlər haqqında” fərmanına əsasən, Azərbaycanın Sənaye və iqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan təkliflər paketi artıq dövlət strukturlarına təqdim edilib. Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov bazar ertəsi Bakıda “Ölkə iqtisadiyyatının inkişafında sahibkarlığın rolu: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən konfransı açarkən bildirib.

Nazir müavini deyib: “Milli iqtisadiyyat öz inkişafının yeni mərhələsinə qədəm qoyur və özəl sektor bu inkişafın təmin olunmasında mühüm rol oynayır. Dövlət siyasətinin prioritet istiqaməti olan modernləşmə və Azərbaycan Prezidentinin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq onun gələcəkdə dəstəklənməsi işgüzar mühitin inkişafının davam еtdirilməsini, idarəetmədə qabaqcıl texnologiyaların və başqa yeniliklərin tətbiqini nəzərdə tutur”.

Onun sözlərinə görə, dövlət başçısının rəhbərliyi altında həyata keçirilən düşünülmüş iqtisadi siyasətin nəticələri ölkə iqtisadiyyatının inkişafında, o cümlədən qlobal böhran illərində davam edən əhəmiyyətli uğurlar oldu: “Nəticədə ölkənin ÜDM-i son illər ərzində 3,4 dəfə, sahibkarlıq subyektlərinin sayı isə 2,5 dəfə artıb. Вununla əlaqədar Azərbaycan Prezidentinin imzaladığı fərman ölkə rəhbərliyinin qeyri-neft sektorunun və özəl sektorun inkişafına xüsusi diqqəti və dəstəyini ifadə edən vacib konseptual sənəddir. Hazırladığımız təkliflər paketi çərçivəsində səkkiz müxtəlif istiqamətdə islahatlar aparılacaq. Prezident İlham Əliyevin tapşırıqlarına əməl olunmasına artıq başlanılıb”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO