Niyə Qərbi Ermənistanın zəifliyi deyil, Azərbaycanın gücü narahat edir?

Elçin Mehdiyev – Trend:
Ermənistan hökumətinin fəaliyyətindəki ziddiyyət və məntiqsizlik artıq çoxdandır heç kimi təəccübləndirmir. Bu gün səhər məzlum erməni xalqının təşkil etdiyi mitinqin dağıdılması zamanı buna növbəti dəfə şahid olduq.

İnsanlar elektrik enerjisi istəyirdilər, əvəzində su şırnağı aldılar… Eyni məntiqlə çıxış etsək, ölkə vətəndaşları isitmə sistemi istəsəydilər, gözyaşardıcı qaz alacaqdılar.

Hərçənd baş verənlərlə bağlı cavabdan çox sual var. Bir cavab aydındır. Ermənistan vətəndaşı yorulub – yoxsul həyatdan, hökumətdən, başqa ölkələrdən asılı olmaqdan yorulub. Axı elektrik enerjisinin tarifini “Elektriçeskaya set Armenii” (“İNTER RAO EES”-in törəmə şirkəti) şirkəti artırır. “İNTER RAO EES” də öz növbəsində “EES Rossii” RMC-nin törəmə müəssisəsidir.

Yaxşı ki, Ermənistan rəhbərliyi bir gün dözə bildi. Mitinq iyunun 22-də dağıdılmağa başlasaydı, hökumətin faşist məğzi ortaya çıxacaqdı.

Bəs suallar? Sualların sayı-hesabı yoxdur. Məgər Ermənistan hökuməti “böyük qardaş” probleminin onda əks olunacağını düşünmürdü? Baş verənlərə Qərb necə reaksiya verəcək? Axı etiraz aksiyası zamanı çoxsaylı jurnalist saxlanılıb, polis şöbələrinə yüzlərlə insan aparılıb, çoxlu yaralı var.

Bu gün Qərb Azərbaycanda kriminal elementləri “hüquq müdafiəçiləri” elan edərək onlarla məşğul olur. Ölkə rəhbərliyi atdığı hər addımda əsassız şəkildə tənqid olunur. Sifarişli əcnəbi fotoqraf polisin bir insanı küçədən keçirdiyini görürsə, bu, çox güman ki, “mitinqin dağıdılması” kimi təqdim olunacaq.

Lakin indi vəziyyət başqa cürdür. Çoxlu video və foto materiallar baş verənləri gizlətməyə imkan verməyəcək. Reaksiya verməli olacaqlar. Niyə reaksiyanın axarlı və qısa müddətdə veriləcəyi ilə bağlı əminlik var? Çünki elə belə də olacaq.

Hazırda Qərbin Qafqazda yalnız bir məqsədi var – Azərbaycana qara yaxmaq. Onları Ermənistanın zəifliyi və asılılığı deyil, Azərbaycanın müstəqilliyi və gücü narahat edir.

Yerevan artıq çoxdandır Rusiyanın təsir zonasındadır. Ukrayna ssenarisi olmasa, Qərbin orada görüləsi bir işi yoxdur. O da aydındır ki, belə bir ssenari Ermənistanda tətbiq edilə bilməz. Belə olduğu təqdirdə, ilk növbədə Dağlıq Qarabağ qaytarılacaq və onda Azərbaycan dünya siyasi oyunçularının hamısı üçün əlçatmaz olacaq.

Bu gün Azərbaycan öz-özünü təmin edən, müstəqil dövlətdir. Siyasi baxımdan Azərbaycana Qərb və Rusiya yalnız Dağlıq Qarabağ problemini həll etmək üçün lazımdır. Qalan bütün hallarda əlaqələr yalnız qarşılıqlı mənfəət və əməkdaşlıq əsasında qurulur.

Ümumiyyətlə, baş verənlər çox səciyyəvidir. Ermənistanda narazı etirazçıların polis tərəfindən dağıldığı bir vaxtda, Azərbaycan xalqı ilk Avropa Oyunlarında azarkeşlik edir. Bakıda idman bayramı davam edir və buna nə Qərb, nə Şərq – heç kim mane ola bilməz.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO