Nikolay Bordyuja Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının başçısı vəzifəsini tərk edəcək

Nikolay Bordyuja Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının başçısı vəzifəsini tərk edəcəkKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja vəzifəsini 2017-cı ildə tərk etmək niyyətindədir. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün N.Bordyuja açıqlama verib.

2017-ci ildə KTMT rəhbərliyində rotasiya sistemi ilə dəyişikliklər gözlənilir.

N.Bordyuja Təşkilatın baş katibi vəzifəsində 2003-cü ildən çalışır.

Kollektiv Təhlükəsizlik Müqaviləsi MDB ölkələri arasında 1992-cı ilin yazında imzalanıb və 1994-cü ildə qüvvəyə minib. KTMT 2002-ci ildə yaranıb. Təşkilata Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO