İndoneziya parlamentinin Nümayəndələr Palatasının spikeri Marzuki Alie aprelin 15-17-də Azərbaycana rəsmi səfərə gələcək.
İndonaeziyanın Azərbaycandakı səfirliyindən ApA-ya verilən məlumata görə, Marzuki Alie Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək. Onun yüksək səviyyədə digər rəsmi görüşlər də keçirəcəyi gözlənilir.