Nazirlər Kabineti qərara dəyişiklik edib

Nazirlər Kabineti “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarına dəyişiklik edib. Nazirlər Kabinetindən verilən məlumata görə, qərar “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” ölkə prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli fərmanına əsasən və Təhsil Nazirliyinin təklifi nəzərə alınmaqla qəbul edilib. Qərara əsasən hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə dövlət sifarişi İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti sahə nazirlikləri ilə razılaşdırılmış təklifləri əsasında müəyyənləşdirilir.

İqtisadi İnkişaf Nazirliyinin Maliyyə Nazirliyi və aidiyyəti sahə nazirlikləri ilə növbəti il üçün razılaşdırılmış təklifləri hər il mayın 1-dək (dəyişiklikdən əvvəl iyunun 1-dək) Nazirlər Kabinetinə təqdim edilməlidir.
Razılaşdırılmış təkliflər əsasında Nazirlər Kabineti növbəti il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə dövlət sifarişi əsasında tələbə qəbulunun proqnozunu hər il iyunin 1-dək (dəyişiklikdən əvvəl iyulun 20-dək) təsdiq etməlidir.

Dövlət sifarişində iştirak etmək istəyən özəl ali təhsil müəssisələri növbəti il üçün təkliflərini hər il aprelin 1-dək (dəyişiklikdən əvvəl mayın 1-dək) Təhsil Nazirliyinə təqdim etməlidirlər. Təkliflərdə özəl ali təhsil müəssisəsinin dövlət sifarişində hansı ixtisaslar üzrə iştirak edə biləcəyi qeyd olunmalıdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO