Bir neçə gündən sonra NATO və ABŞ ekspertlərinin Azərbaycana səfəri gözlənilir.
Müdafiə Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən görə, fevralın 18-19-da Silahlı Qüvvələrin hərbi təhsil sisteminin bəzi sahələrinin inkişafına yardım göstərilməsi məqsədilə NATO və ABŞ ekspertləri Azərbaycana səfər gələcəklər.
Səfər NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramı çərçivəsində Fərdi Tərəfdaşlıq Proqramı (FTP) əsasında həyata keçiriləcək.