N.H.Ələkbərovun İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı-A +A
14.02.2013 [18:54]
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Nizami Həsən oğlu Ələkbərov İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 fevral 2013-cü il.
azertag.com