Müdafiə Nazirliyi yol qəzası zamanı bir neçə hərbiçinin yaralanmısı barədə yayılan məlumatlara aydınlıq gətirib

Bu gün saat 11:30 radələrində Bakı-Şamaxı yolunda avtomobil qəzası baş verib. Hadisə zamanı bir neçə əsgərin xəsarət almaları barədə yayılan xəbər həqiqətə uyğun deyil.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəza zamanı yalnız bir əsgər Cəfərli Sadiq İlqar oğlu şüşə kəsməsi nəticəsində yüngül bədən xəsarəti alıb.

İlkin tibbi yardım göstərilməsi üçün əsgər hərbi tibb müəssəsinə aparılıb. Yardım göstərildikdən sonra əsgər xidmət yerinə qaytarılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO