Mübariz Əhmədoğlu: AŞPA-da Dağlıq Qarabağ münaqişəsinə dair iki qətnamənin qəbulu ərəfəsində Ermənistan Avropa siyasətçilərini aldatmağa çalışır

Mübariz Əhmədoğlu: AŞPA-da Dağlıq Qarabağ münaqişəsinə dair iki qətnamənin qəbulu ərəfəsində Ermənistan Avropa siyasətçilərini aldatmağa çalışırMübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru

Ermənistan Avropa İttifaqı-Ermənistan Parlamentlərarası əməkdaşlıq Şurasını AŞPA-da Dağlıq Qarabağ münaqişəsinə dair iki qətnamənin qəbulunun əleyhinə yönəldir. Avropa İttifaqı-Ermənistan Parlamentlərarası əməkdaşlıq Şurasının XVI toplantısı barədə yayılan məlumat bəzi dəqiqləşmələr tələb edir.

AŞPA-da gözlənilən müzakirələr ərəfəsində ATƏT-in Minsk Qrupu və Avrokomissiyanın bəzi həmahəng bəyanat və addımlarını diqqətə çatdırırq:

I. “İşğal olunmuş ərazilər” termini ATƏT-in Minsk Qrupu həmsədrlərinin 11 may 2014-cü il tarixli Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs rejiminin 20 illiyi ilə bağlı bəyanatında rəsmən ifadə olunub (Üçüncü paraqraf). “İşğal olunmuş ərazilər” termini ATƏT-in Minsk Qrupu sənədlərində əlavə bir neçə dəfə də istifadə olunub.( http://www.osce.org/mg/118419)

II. “Beynəlxalq aləm tərəfindən tanınmış Ermənistan-Azərbaycan sərhəddi” termini Aİ-Ermənistan Əməkdaşlıq Şurasının 16-cı iclasının yekun sənədində işlənir. (http://www.consilium.europa.eu/press-releases-pdf/2016/1/40802208032_en_635887490400000000.pdf)

III. “Dağlıq Qarabağ münaqişə ilə bağlı hazırkı status-kvo qəbuledilməzdir ” tezisindən Aİ-Ermənistan Əməkdaşlıq Şurasının XVI iclasının yekun sənədində istifadə olunur. (http://www.consilium.europa.eu/press-releases-pdf/2016/1/40802208032_en_635887490400000000.pdf)

ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişənin həlli ilə məşğul olan yeganə qurum olması barədə yayılan fikir də yanlışdır. ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişənin həlli ilə məşğul olan beynəlxalq ictimaiyyət tərəfindən tanınan qurum olsa da, yeganə qurum deyil. Ola bilməz: BMT və ATƏT qarşısında hesabatlıdır. BMT və ATƏT Dağlıq Qarabağ tənzimlənməsi və ATƏT-in Minsk Qrupu ilə bağlı istənilən qərar qəbul edə bilərlər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO