Mətbuat üçün məlumat

İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti Üzrə Birgə İşçi Qrupunun “Qaynar Xətt” və “Hüquqi Məsləhət Mərkəzi” xidmətləri
Press-reliz

İnsan hüquqlarına dair beynəlxalq standartların təsbiti üzrə Birgə İşçi Qrupunun “Qaynar xətt” xidməti regionlarda yaşayan aztəminatlı əhalinin hüquqlarının müdafiəsi və onları pulsuz və keyfiyyətli hüquqi məsləhətlə təmin etmək üçün Azərbaycan respublikasında yerli QHT olaraq ilk dəfə regionlarda yaşayan əhalinin heç bir ödəniş etmədən zəng edə biləcəyi xidməti nəzərdə tutan yeni layihənin icrasına başlamışdır.

Qeyd etmək istərdik ki, Qaynar xətt xidmətinə xüsusi ilə regionlarda yaşayan aztəminatlı əhalinin əlçatımlılığının təmin olunması bizim üçün olduqca əhəmiyyətli idi. “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin statistikasından da görmək olar ki bu günə kimi regionlardan olunan müraciətlər azlıq təşkil etməkdədir. Belə ki, statistikaya görə daxil olmuş müraciətlərin 75 % Bakı şəhərindən, 25 %-i isə regionlardandır. Hesab edirik ki, statistikadakı bu cür fərqin əsas səbəbi regionlarda hüquqları pozulmuş və hüquqi məsləhətə ehtiyacı olan vətəndaşların əksəriyyətinin aztəminatlı olmasıdır.

Bütün qeyd edilənləri nəzərə alaraq “Qaynar xətt” xidməti regionlardan aztəminatlı əhalinin heç bir ödəniş etmədən zəng edə biləcəyi xidməti aktivləşdirmişdir. Bundan sonra regionlarda yaşayan aztəminatlı əhali 088 408 30 17 (Pozulmuş hüquqlarının bərpası üçün) və 088 408 30 27 (hüquqi məsləhət almaq üçün) nömrələrinə hüquqlarının pozulması faktlarını bildirmək və hüquqi məsləhət almaq üçün zəng edə biləcəklər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO