Mövlud Çavuşoğlu: Türkiyə və Azərbaycan prezidentlərinin görüşü yaxın vaxtlarda baş tutacaq

Mövlud Çavuşoğlu: Türkiyə və Azərbaycan prezidentlərinin görüşü yaxın vaxtlarda baş tutacaqTürkiyə Ankaradakı terror aktını qınayır və Azərbaycana verdiyi dəstəyə görə təşəkkür edir.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda jurnalistlərə deyib.

Onun sözlərinə görə, Türkiyə terrorçular arasında fərq qoymur.

XİN rəhbəri qeyd edib ki, terror aktına görə təxirə salınmış Türkiyə və Azərbaycan prezidentlərinin görüşü yaxın vaxtlarda baş tutacaq: “Biz bu hücumları araşdrımağa və onların arxasında dayananların şəxsiyyətini müəyyənləşdirməyə davam edirik, heç kəs Türkiyəni yolundan ayıra bilməz”.

M.Çavuşoğlu əlavə edib ki, Azərbaycan və Türkiyə arasında sıx əlaqələr var və Türkiyə Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanı dəstəkləyir.

O diqqətə çatdırıb ki, sabah Tbilisidə Türkiyə, Azərbaycan və Gürcüstan XİN rəhbərləri Bakı-Tbilisi-Qars dəmir yolu tikintisinin gedişi ilə tanış olacaqlar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO