Monteneqro prezidenti Azərbaycana gələcək

Monteneqro prezidenti Azərbaycana gələcəkMonteneqronun Prezidenti Azərbaycana gələcək.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Martın 9-da Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıya gələcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan forum martın 10-11-də keçiriləcək.

Forumda bir sıra ölkələrin prezidentləri, sabiq dövlət və hökumət başçıları, tanınmış siyasətçilərin iştirakı gözlənilir.

“Çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunan forumda dünyanı narahat edən bir sıra qlobal problemlərin müzakirəsi nəzərdə tutulub.

Qeyd edək ki, bu, Bakıda keçirilən dördüncü forumdur. İlk forum 2013-cü ildə təşkil olunub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO