Minsk qrupunun amerikalı həmsədri İsveç parlamentinin üzvlərini Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırıb

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik İsveç parlamentinin xarici işlər komitəsinin üzvlərini Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırıb. Trend-in məlumatına görə, amerikalı həmsədr bu barədə öz Twitter səhifəsində yazıb.

C.Uorlik bildirib: “İsveç parlamentinin Xarici işlər komitəsinin üzvlərini Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırdım. Sülhün əldə olunmasında böyük maraq var”.

ABŞ-dan olan həmsədr İsveçə və ölkənin xarici işlər naziri Karl Bildtə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aktiv fəaliyyətinə görə təşəkkür edib. O, İsveçi Cənubi Qafqazda birgə işi davam etdirməyə çağırıb.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İsveç hökuməti ilə müzakirələr aparıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO