Milli Məclisdə Azərbaycan hökumətinin 2012-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi başa çatıb.
Trend xəbər verir ki, müzakirələrdən sonra hesabat səsverməyə çıxarılaraq qəbul olunub. Səsvermə zamanı 104 millət vəkili hesabatın lehinə səs verib.
Spiker Oqtay Əsədov hesabat qəbul olunduqdan sonra hökumət üzvlərinə mesaj verib.
“Biz çalışmalıyıq bir olaq və bu birliyi ilin sonuna kimi də davam etdirək”, deyə Əsdov bildirib.