Milli mədəni irslə bağlı yeni təlimatlar təsdiqləndi

Milli mədəni irslə bağlı yeni təlimatlar təsdiqləndiNazirlər Kabineti “Milli mədəni irs obyektlərinin sahiblərinə həmin obyektlərin mühafizəsini təmin etmək məqsədilə verilən Təminatlar”ı təsdiq edib.

Kabinetdən Trend-ə verilən məlumata görə, sənədə əsasən, milli mədəni irs obyekti – nadir tarixi, arxeoloji, bədii, elmi, estetik dəyərlərə malik olan və Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən daşınar və ya daşınmaz, maddi və qeyri-maddi mədəni irs obyektləridir. Milli mədəni irs obyektinin sahibi mədəni sərvətin fiziki və ya hüquqi şəxs qismində mülkiyyətçisi, yaxud icarə və ya istifadə hüququ əsasında istifadəçisidir. Mədəni sərvətlərin saxlanılma və təsərrüfat istifadəsi xərcləri milli mədəni irs obyektinin sahibləri tərəfindən ödənilir. Mədəni sərvətlərin mülkiyyətçisi həmin sərvətləri müəyyən olunmuş qaydada saxlamırsa və onların öz əhəmiyyətini itirməsi ilə nəticələnə bilərsə, belə sərvətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 208-ci maddəsinə uyğun olaraq, məhkəmə qərarı əsasında dövlət tərəfindən satınalma yolu ilə mülkiyyətçidən alına bilər.

Milli mədəni irs obyektlərinin sahiblərinə həmin obyektlərin mühafizəsini təmin etmək məqsədilə təminatlar milli mədəni irs obyektlərinin sahibləri tərəfindən müvafiq müraciət və mədəniyyət sahəsində dövlət monitorinqinin nəticələri əsasında verilir. Mühafizə dərəcəsi olan mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisinin Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə münasibətləri mühafizə müqaviləsi ilə müəyyən edilir. Həmin obyektlərin sahiblərinin ərizəsinə 15 gün müddətində Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən müvafiq təminatın verilməsi barədə qərar qəbul edilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO