“Microsoft ” təqdim edir: “Yeni Hörümçək-adam: Yüksək gərginlik “

“Microsoft Azerbaijan” şirkəti çoxdan gözlənilən “Yeni Hörümçək-adam: Yüksək gərginlik” 3D formatında filmin premyerasının sponsoru qismində çıxış edəcək. Bu barədə şirkətin cümə axşamı yaydığı xəbərdə deyilir.

Bütün dünyada səbirsizliklə gözlənilən sözügedən filmin premyerası aprelin 24-də “28 Cinema” kinoteatrında baş tutacaq.

Piter Parker çətin həyat yaşamalıdır – Hörümçək-adam super qəhrəman olaraq, oğruları dayandırmalı, Qven Steysi ilə görüşməli və məktəbdəki buraxılış imtahanlarına hazırlaşmalıdır. Piter Steysinin atasına verdiyi vədi yaddan çıxarmayıb, lakin vədi əməl edə bilmir. Hər şey isə yeni cani – Elektronun peyda olması, köhnə dostu Qarri Ozbornın qayıdışı və keçmişi ilə bağlı yeniliklər ilə dəyişir.

ABŞ istehsalı olan filmin rejissoru Mark Uebbdir. Filmdə Endryu Qarfild, Ceymi Foks, Emma Stoun, Salli Fild və Pol Camati çəkilib.

“Yeni Hörümçək-adam: Yüksək gərginlik” filminin nümayişi təxminən iki həftə davam edəcək. Biletləri kinoteatrın kassalarından, kinoteatrın www.28cinema.az rəsmi veb-saytından əldə etmək və ya (012) 499-89-88 və ya 119 nömrəsinə zəng vurmaqla sifariş etmək mümkündür.

Qeyd edək ki, “Microsoft” korporasiyası özünün əqli mülkiyyətini, həmçinin, istifadəçilərini təhlükə yaradan saxta məhsullardan qətiyyətlə qoruyur. Eyni zamanda, “Microsoft” Azərbaycan və bütün dünya üzrə kompüter piratlarına qarşı aktiv mübarizə aparır ki, korporasiya bu istiqamətdə artıq bir çox uğura nail olub.
1975-ci ildə təsis edilmiş “Microsoft” korporasiyası proqram təminatı istehsalında dünya lideridir. “Microsoft” korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri. “Microsoft” korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur.

2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Microsoft Azerbaijan” şirkətinin başlıca vəzifəsi – elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni məhsulların tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO