Metyu Brayza: Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həllinin qarşısını almaq lazımdır

Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həllinin qarşısını almaq lazımdır.

Trend xəbər verir ki, Bakıda NATO Parlament Assambleyasının (PA) “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarının açılışında ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədrlərindən biri, Müdafiə araşdırmaları üzrə beynəlxalq mərkəzin direktoru Metyu Brayza deyib.

M.Brayzanin sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentləri hələ də Dağlıq Qarabağ münaqişəsinin həlli və qarşılıqlı kompromislərin əldə edilməsi üçün qarşılıqlı inamın lazım olan səviyyəsini əldə edə bilməyiblər.

O, qeyd edib ki, ATƏT-in Minsk qrupunun Azərbaycan-Ermənistan münaqişəsinin həlli məqsədilə uzun illərdir göstərdiyi səylərə baxmayaraq, problem hələ də həll olunmamış qalır:

“Dağlıq Qarabağ münaqişəsinin həllinin hərb variantından istifadəsi ehtimallarının azaldılması istiqamətində işləri davam etdirmək lazımdır. Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan ordusunun çıxarılması, Ermənistanla Dağlıq Qarabağ arasında dəhlizin təmin olunması və Dağlıq Qarabağın statusunun müəyyən edilməsi Bakı ilə İrəvan arasında danışıqların əsas mövzusudur”.

ABŞ-la ikitərəfli münasibətlərə gəlincə, o qeyd edib ki, Azərbaycan ABŞ-ın mühüm tərəfdaşıdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO