MDB müsəlmanları Bakıya toplaşır

Bakıda MDB müsəlmanları Məşvərət Şurasının 2-ci iclası və “MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdır” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Bu barədə cümə günü Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən bildirilib.
QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin sədri olduğu MDB müsəlmanları Məşvərət Şurasının iclası 16-17 aprel tarixlərində keçiriləcək.
İclasda Azərbaycandakı dini konfessiya nümayəndələri, hökumət və parlament üzvləri, elm və mədəniyyət xadimləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri iştirak edəcəklər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO