Kənd təsərrüfatı naziri İsmət Abasov və MDB ölkələrindən Rusiya, Qazaxıstan, Ukrayna, Tacikistan, Belorus və Moldovanın aparıcı aqrar ali təhsil müəssisələrinin rektorları Gəncəyə səfər ediblər.
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, nazir Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, ictimaiyyət nümayəndələri və rektorlarla birlikdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Sonra MDB-nin aqrar universitetlərinin rektorlar şurasının iclası keçirilib. Şuranın işində kənd təsərrüfatı naziri İsmət Abasov da iştirak edib.
Qeyd etmək lazımdır ki, 2003-cü ildə yaradılmış şura artıq 10 ildir ki, fəaliyyət göstərir.