Mayda Astanada beynəlxalq iqtisadi forum keçiriləcək

Mayın 22-24-də Astanada (Qazaxıstan) VI Astana İqtisadi Forumu keçiriləcək. APA-nın Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, forumda 100 ölkədən 8 500 nümayəndənin iştirakı gözlənilir. Tədbirdə monetar siyasət, ərzaq təhlükəsizliyi, turizmin inkişafı, alternativ enerji, investisiya bankçılığı, innovasiyalar, sərmayələrin cəlb olunması və digər məsələlər müzakirə olunacaq. Forumda dövlət başçıları, görkəmli siyasi və ictimai xadimlər, beynəlxalq təşkilatların və biznes korporasiyalarının rəhbərləri, tanınmış alimlər və Nobel mükafatı laureatlarının iştirakı gözlənilir.
Sözügedən tədbirdə iştirak etmək istəyənlər Qazaxıstanın Azərbaycandakı səfirliyini müraciət edə bilər.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO