Marqvelaşvili: Azərbaycanla birgə layihələr əhəmiyyətlidir

Marqvelaşvili: Azərbaycanla birgə layihələr əhəmiyyətlidirGürcüstan hakimiyyəti ölkənin tranzit funksiyasını bərpa edir. Bu, iqtisadi inkişaf üçün lazımdır. Trend-in “Sputnik Qruziya”ya istinadən verdiyi məlumata görə, bunu Gürcüstan Prezidenti Georgi Marqvelaşvili parlamentə illik müraciətində deyib.

Dövlət başçısı qeyd edib: “Biz elə yerdəyik və tarixən elə tarixi funksiyanı (tranzit) yerinə yetiririk ki, bu, Gürcüstana xüsusi rol verir. Bu layihələr artıq başlayıb və ya icra edilir, məqsədimiz isə artan potensialı həyata keçirməkdir”.

G.Marqvelaşvili əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, “İpək yolu” üzrə bütün digər təşəbbüslər çox əhəmiyyətli potensialdır”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO