Malena Mard: Çalışırıq ki, hər iki tərəf üçün uyğun olan yeni strateji tərəfdaşlıq sazişi imzalayaq

Malena Mard: Çalışırıq ki, hər iki tərəf üçün uyğun olan yeni strateji tərəfdaşlıq sazişi imzalayaqBiz çalışırıq ki, hər iki tərəf üçün uyğun olan yeni strateji tərəfdaşlıq sazişi imzalayaq.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard deyib.

Onun sözlərinə görə, bu əsasən qanunun aliliyi, insan haqları, demokratiya, ticarət, iqtisadiyyat və digər sahələri əhatə edəcək: “Biz daha geniş əlaqələr qurmaq üçün yeni yollar axtarmalıyıq” .

O bildirib ki, qanunun aliliyi, regionların inkişafı sahəsində Azərbaycana qrantlar formasında yardımlar olacaq: “Bu 75-90 min avro təşkil edəcək. Bu, Şərq Tərəfdaşlığının bir hissəsidir”.

Səfir Avropa Qonşuluq siyasətinin nəzərdən keçirildiyini və bu məsələdə hökümətin, vətəndaş cəmiyyəti üzvlərinin rəylərinin öyrənildiyini deyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO