Malena Mard: Aİ miqrasiya sahəsində Azərbaycanla əməkdaşlığa böyük diqqət göstərir

Malena Mard: Aİ miqrasiya sahəsində Azərbaycanla əməkdaşlığa böyük diqqət göstərirAİ və Azərbaycan miqrasiya və mobillik məsələləri üzrə birgə bəyannamə imzalayıblar ki, bu da Aİ-nin bu sahədə ölkə ilə əməkdaşlığa göstərdiyi böyük diqqətin göstəricisidir.

Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

O bildirib: “Bir ildən artıq müddət bundan əvvəl imzalanmış viza rejiminin sadələşdirilməsi barədə saziş göstərir ki, biz tərəflər arasında turistlərin, biznesmenlərin daha çox hərəkət etmələrini istəyirik”.

M.Mard qeyd edib ki, Aİ Azərbaycan üçün ən iri ticarət tərəfdaşı və investorudur: “Biz mayın 17-18-də Bakıda forum təşkil etməyi ümid edirik. Məqsəd ticarət və investisiyalar sahəsində tərəflərin əməkdaşlıq səviyyəsinin yüksəldilməsi üçün nəyi etməyin mümkün olduğunu müəyyənləşdirməkdir”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO